Mənzildə kişi meyiti tapıldı

menzilde-kisi-meyiti-tapildi
Oxunma sayı: 987

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.

“Qafqazninfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.