Məşhur rejissorun serialı bağlanır

meshur-rejissorun-seriali-baglanir
Oxunma sayı: 1802

Türkiyənin məşhur rejissor Osman Sınav imzalı “Yalaza” serialı efirlə vidalaşır. “Qafqazinfo” xəbər verir ki, Sinan Albayrak, Hasan Kaçan, İpek Tuzcuoğlu, Didem Balçın, Zeynep Gülmez, Erol Aksoy və başqalarının rol aldığı ekran işi reytinq qurbanı olub. 

TRT “Yalaza”nın yayımdan qaldırılması barədə qərar qəbul edib.  Bildirilir ki,serial 20-ci bölümdə tamaşaçılarla vidalaşacaq. 

Qeyd edək ki, O. Sınav “Deli Yürek”, “Kurtlar vadisi”, “Sakarya –Fırat” kimi məşhur serialların rejissoru olub.