Messi şou göstərdi - “Barselona” darmadağınla qazandı + Video

messi-sou-gosterdi
Oxunma sayı: 4609

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış günündə artıq iki matç başa çatıb.

“Barselona” öz meydanında PSV-ni 4:0 hesabı ilə darmadağın edib. Het-trik edən Lionel Messi matçın ulduzu olub.

Məlumat üçün bildirək ki, Messi ÇL tarixində 8-ci het-trikinə imza atıb və bu sahədə rekordu ələ keçirib.

Paralel keçirilən digər matçda isə “İnter” “Tottenhem”i qəbul edib. 53-cü dəqiqədə Erkisenin qolu ilə “Tottenhem” hesabda önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib. 86-cı dəqiqədə İkardi, 90+2-ci dəqiqədə isə Vecinonun qolları “İnter”ə 2:1 hesablı qələbə qazandırıb.