Mirqədirovun şikayəti təmin edilmədi

mirqedirovun-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1199


“Qafqazinfo” xəbər verir ki,Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, prosesdə R. Mirqədirovun vəkilləri çıxış edərək, bildiriblər ki, müdafiə etdikləri şəxs atasının yas mərasiminə buraxıldığı üç gün ərzində özünü nümunəvi aparıb, hər hansı qanun pozuntusuna yol verməyib, istintaq sirrini yaymayıb. Vəkillər həmin qərarın ləğv edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

E. Süleymanov məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini deyib.