Misirdə küçə döyüşləri gedir - Video

misirde-kuce-doyusleri-gedir-video
Oxunma sayı: 666

Misirdə prezident Məhəmməd Mürsi tərəfdarları ilə onun əleyhdarları arasında gedən toqquşmalar davam edir.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Qahirədə prezident sarayı qarşısında gedən toqquşmalar nəticəsində üç nəfərin öldüyü, üç yüzdən çox insanın isə yaralandığı bildirilir.

Məhəmməd Mürsinin qəbul etdiyi konstitusiya bəyannaməsinə etiraz edənlərlə onun tərəfdarları arasındakı qarşıdurmada atəş səsləri eşidilib, müxalifətçilər avtomobilləri yandırıblar. Toqquşmalar Qahirə ilə yanaşı Misirin digər şəhərlərində də müşahidə olunur.

Qeyd edək ki, Misir vətəndaşlarının narazılığına Məhəmməd Mürsinin “yeni parlament seçilənə kimi dövlət başçısının qəbul etdiyi qərarların mübahisə mövzusu olmaması” barədə verdiyi sərəncam səbəb olub. Dövlət başçısının köməkçiləri bu addımı yeni siyasi modelə keçidi sürətləndirmək üçün atdıqlarını deyirlər. Müxalifət isə bəyan edib ki, prezident artıq özünü yeni firon elan edib. Məhəmməd Mürsi tərəfindən irəli sürülən yeni konstitusiya bəyannaməsinə görə, prezidentə müstəsna qanunverici səlahiyyətlər verilir, məhkəmə orqanları isə parlamentin yuxarı palatasının və yeni konstitusiya üzərində işləyən komissiyanın üzərində nəzarət funksiyasını itirirlər.