Müdafiə Komitəsi bəyanat verdi

mudafie-komitesi-beyanat-verdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, komitədən bildirilir ki, Urmiya gölü qurudularsa bu, Şimali Azərbaycanın da ekologiyasına mənfi təsir edəcək: “Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü quruyacağı halda gölün dibinə çökmüş duz kütləsi küləklər vasitəsilə havaya sovrulacaq və duzlu yağışların yağmasına səbəb olacaq. Bu da təkcə Urmiya ətrafına deyil, həm də regiona, hətta Naxçıvan və Şimali Azərbaycanın digər yerlərində təsərrüfatın məhvinə gətirib çıxarmaqla yanaşı, insanların həyatını iflic vəziyətinə salacaq”.

Müdafiə komitəsi gölün qurudulmasını və kürdlərin, ermənilərin bu torpaqlarda yerləşdirilməsini Azərbaycan türklərinə qarşı farsların yeni formada müharibə kimi qiymətləndirir: “Həmçinin, fars işğalında olan cənubi Azərbaycanlılara qarşı hazırlanan bu soyqırım və soydaşlarımızın öz torpaqlarından qovulması nəticəsində müstəqil Azərbaycana da milyonlarla soydaşlarımız qaçqın kimi gəlməli olacaqdır ki, bu da yaşadığımız müstəqil Azərbaycanda yeni böhranın yaranması ilə nəticələnəcək”.


Urmiya gölü Müdafiə Komitəsi Şimali azərbaycanlıları cənubdakı soldaşlarııan apardığı mübarizəyə dəstək olmağa çağırıb: “ Cənubi Azərbaycandakı bu ağır vəziyyətlə bağlı bacardığımız qədər çox soydaşımızı məlumatlandırmalıyıq və ən sonda hər bir Azərbaycanlı bu müqəddəs mübarizəyə hazır olmalıdır. Cənubi Azərbaycana və orada yaşayan 40 milyona yaxın soydaşımıza hamımız birlikdə dəstək olmalıyıq!”.

Fatimə Kərimli