Murakami bütün arxivini universitetə bağışladı

murakami-butun-arxivini-universitete-bagisladi
Oxunma sayı: 1379

Dünya şöhrətli yapon yazıçı Haruki Murakami şəxsi arxivini Vaseda Universitetinə bağışlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yazıçının arxivinə əl yazmaları, qeyd dəftərçələri, məktubları və 10 min ədəd musiqi diskləri daxildir. Universitetdə Murakami pərəstişkarlarının və tədqiqatçılarının istifadə edəcəyi xüsusi kitabxana yaradılacaq.

Qeyd edək ki, ilk romanı “küləyin nəğməsini dinlə”ni 1979-cu ildə çap edən Murakami “Frans Kafka”, “Hans Kristian Andersen” beynəlxalq mükafatlarının sahibidir.