“Araz-Naxçıvan” “Zirə”yə qalib gəldi

araz-naxcivan-zireye-qalib-geldi
Oxunma sayı: 272

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.

“SOCAR Polymer Arena”da baş tutan görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Araz-Naxçıvan” mövsümü altıncı pillədə başa vurub. “Zirə” isə 53 xalla beşinci yeri tutub.

Turun digər oyununda “Neftçi” minimal hesabla “Kəpəz” üzərində qələbə qazanıb – 1:0.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.