İllər sonra boşanma səbəbini açıqladı - Video

iller-sonra-bosanma-sebebini-aciqladi
Oxunma sayı: 715

“Yeşilçam”ın tanınmış aktrisalarından Suna Selen keçmiş həyat yoldaşı, mərhum aktyor Münir Özkulla münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib.

“Qafqazinfo”nun xəbərinə görə, 86 yaşlı aktrisa qatıldığı televiziya proqramında bildirib ki, onların münasibəti ənənəvi evlilikdən daha çox dostluq üzərində qurulub.

Selen Münir Özkulun ona bir vaxtlar “Mənə təzə qan lazımdır” dediyini söyləyib.

Aktrisanın sözlərinə görə, münasibətlərində emosional uzaqlıq olub.

“Biz heç vaxt sevgili olmamışıq. Bir mənada, hətta ər-arvad da olmamışıq”, – deyə Suna Selen bildirib.

Sənətçi həmçinin qızlarına ad qoyulması ilə bağlı maraqlı bir xatirəni də bölüşüb. O qeyd edib ki, qızlarının adı həm öz seçimi, həm də Münir Özkulun keçmiş həyat yoldaşının istəyi nəzərə alınaraq müəyyənləşdirilib və uşağa “Güner Şadan Özkul” adı verilib.

Suna Selen əlavə edib ki, Münir Özkul ilə keçmiş həyat yoldaşı arasında yaşanan fikir ayrılıqları onların münasibətinə də təsir göstərib.