Xalq artisti oğluna nişan etdi - Video

xalq-artisti-ogluna-nisan-etdi
Oxunma sayı: 800

Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadənin evində xoş gün yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, sənətkarın oğlu Əmrah nişanlanıb.

Ötən gün paytaxtın dəbdəbəli restoranlarından birində cütlüyün nişan mərasimi keçirilib. Əmrah Aysun adlı xanımla ailə həyatı qurmağa hazırlaşır.

Şou-biznes nümayəndələrinin və sənət adamlarının iştirak etdiyi məclisin aparıcılığı isə tanınmış teleaparıcı Vüsalə Əlizadəyə həvalə olunub.