Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
“Qafqazinfo” xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi “Mercedes Sprinter” markalı maşın toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər