“Müxalifət liderlərinin bir araya gəlməsi üçün ciddi əngəl yoxdur”

muxalifet-liderlerinin-bir-araya-gelmesi-ucun-ciddi-engel-yoxdur-
Oxunma sayı: 639

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Hərəkatı Forumunun sədri Qurban Məmmədov deyib: “Bildiyiniz kimi Mirmahmud Mirəlioğlu mənim də iştirakımla Əli Kərimli və İsa Qəmbərlə görüşdü. Daha sonra isə bu görüş 5 partiya sədri ilə müzakirə olundu”. Qurban Məmmədovun sözlərinə görə, İqbal Ağazadə müalicə olunduğundan o görüşdə iştirak edə bilməyib, buna görə də onunla görüş olacaq və sonra müzakirələr başlayacaq. Qurban Məmmədov qeyd edib ki, görüşlərin nəticəsi zirvə toplantısının keçirilməsi məsələsi İctimai Palatanın sessiyasında müzakirə olunacaq. Sessiyada həmçinin İctimai Palataya dəyişikliklər və kənarda qalan müxalifət partiyalarının birliyi məsələsi də müzakirə ediləcək.

Qurban Məmmədov onu da vurğulayıb ki, müşahidələrinə görə müxalifət liderlərinin bir araya gəlməsi üçün o qədər də ciddi əngəllər yoxdur.

Fatimə Kərimli