Nazir 60-dan artıq vətəndaşın şikayətini dinlədi

nazir-60-dan-artiq-vetendasin-sikayetini-dinledi
Oxunma sayı: 844


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qubada jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. Onun sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə 6-7 % çox olacaq. Bölgədə emal müəssiəslərinin yaradılması məsələsinə də toxunan nazir bildirib ki, 2014-cü ilin sonunadək yeni müəssisələrin açılması nəzərdə tutulub.

Xatıqladaq ki, İsmət Abbasov şimal bölgəsində vətəndaşlar üçün açıq qəbul keçirib. Qəbul zamanı 6 rayondan 60-dan artıq vətəndaşın şikayəti dinlənilib. Şikayətlər arasında texnika çatışmazlığı, suvarma suyunun olmaması və dərman preparatlarının keyfiyyətsizliyi çoxluq təşkil edib.

Dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb. İsmət Abbasov həmçinin Qubada bir sıra təsərrüfatlara da baxış keçirib. Fermerlərə tövsiyələrini verib. 

E Kərimov -Quba