Nazir Olqa Kulayevayla görüşdü - Fotolar

nazir-olqa-kulayevayla-gorusdu-fotolar
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, nazir Fizuli Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf, o cümlədən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və onun uğurlu nəticələri, həyata keçirilən sosial proqramlar, aktiv məşğulluq tədbirləri haqqında məlumat verib. Görüşdə bildirilib ki, gənclərin məşğulluq problemi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatı ilə məşğulluq sahəsində də əməkdaşlığın daim inkişaf etdiyi vurğulanıb.
Görüşdə “Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunub və layihənin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən həyata keçirilən, Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyası tərəfindən icra ediləcək bu layihənin ümumi məqsədi gənclərlə bağlı məşğulluq proqramlarının işlənib hazırlanması, bu proqramların həyata keçirilməsi sahəsində hər bir ölkənin imkanlarının artırılması, rəqabət qabiliyyətli işçi qüvvəsinin yetişdirilməsi və regionda iqtisadi artımın inkişaf etdirilməsidir. Bildirilib ki, layihənin icrasına 2013-cü ildən başlanılıb və bu layihə 4 il davam edəcək.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən xanım Olqa Kulayeva Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında məşğulluq sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz səylərini göstərəcəyini vurğulayıb.