Nazirlik 10 işçini qovdu

nazirlik-10-iscini-qovdu
Oxunma sayı: 648

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyində İcra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclasında səsləndirilib. İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilib, bir sıra yerli qurumlarda icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar vurğulanıb. Bildirilib ki, 10-dək işçi tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib