Nazperi Dostəliyevanın “Köhnə xəyallar”ı

nazperi-dosteliyevanin-kohne-xeyallari
Oxunma sayı: 1205

“Qafqazinfo”nun məlumatına görə, son vaxtlar gənc yaradıcı insanlarla işləməyə üstünlük verən xalq artisti Nazpəri Dostəliyeva bu dəfə sözü və musiqisi gənc bəstəkar Tural Bakuviyə aid mahnı oxuyacaq. "Nazpəri xanım kimi çox sevilən və geniş səs imkanlarına malik bir ifaçıyla işləməkdən həzz alıram" deyən bəstəkar Tural Bakuvi, "köhnə xəyallar" adlı mahnısında ayrılıq sonrası illər boyu keçirilən insani təəssüf hisslərini ifadə etməyə çalışdığını vurğulayıb. Mahnının aranjimani isə gənc ifaçı Rəmal Rəsula aiddir.

Qeyd edək ki, "Köhnə xəyallar" adlı mahnı tezliklə yükləmə saytlarına əlavə olunacaq.

Sədan