Nemət Pənahlı bəyanat verdi

nemet-penahli-beyanat-verdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda Rafiq Əliyevin işdən çıxarılması oina qarşı iyrənc kampaniya kimi qiymətləndirilir: “Rafiq Əliyevə qarşı aparılan iyrənc kampaniyanı Stalin, Beriya və Mircəfər Bağırov üçlüyünün təşkil etdiyi, xalqımıza qarşı yönəlmiş tarixi cinayətin davamı kimi qəbul edərək bəyan edirəm ki, tarix boyu yadelli işğalçılar vətənimizi işğal edərək xalqımızı qul, kölə etmək məqsədi ilə həmişə əllərinin altında ziyalı adlandırdıqları milli satqınlardan ibarət “ziyalılar” saxlayaraq onlardan istifadə ediblər”.
Nemət Pənahlı bəyanatında xalqı Rafiq Əlieyvin işdən çıxarılması ilə yanaşı əvəz Zeynallının və 2 aprel mitinqi iştirakçılarının həbsinə “dur” deməyə çağırıb: “Əgər xalqımız buna da laqeyd münasibət göstərsə sözsüz ki, daha dəhşətli cinətlərlə üz-üzə qalacaq. Bu sərhəd bilməyən siyasətə “dur” deməyin vaxtı çoxdan çatıb. Ümüd edirəm ki, xalqımız özündə güc və qüdrət tapıb buna “dur” deyəcək”.

Fatimə Kərimli