Nəsimi rayonunda Silahlı Qüvvələr Günü ilə bağlı tədbir - Foto

nesimi-rayonunda-silahli-quvveler-gunu-ile-bagli-tedbir
Oxunma sayı: 666

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsindəki “N” saylı hərbi hissəsində bayram tədbiri təşkil olunub. Qonaqlar orada xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbətlər aparıblar.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib: “Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir”.

Sonra xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərlik mahnıları, həmçinin 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam edib.