Nəsimi RİH “Yanardağ”a səfər təşkil etdi - Foto

nesimi-rih-yanardaga-sefer-teskil-etdi
Oxunma sayı: 834

İyul ayının 19-da bir qrup müharibə veteranı, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ahıl insanlara, veteranlara, şəhid ailələrinə, əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb.
 
Nahar süfrəsi arxasında davam edən görüşdə söhbət zamanı veteranlar bildiriblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir.  

Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.