Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Aşk tesadüfleri sever-2” filminə çəkilib.
“Qafqazinfo” bildirir ki, bu barədə aktrisa İnstaqram hesabında məlumat verib. Nəsrinin budəfəki tərəf-müqabili türkiyəli aktyor Mustafa Yiğit Kirazcı olub. O, ekran işində Nəsrinin yaratdığı obrazın sevgilisini canlandırıb.
“Başda Yiğit Kirazcı olmaqla filmin bütün çəkiliş heyətinə ürəkdən təşəkkür edirəm. Yolumuz açıq, qəlbinə toxunduqlarımız çox olsun”, - aktrisa paylaşımında qeyd edib.

Xatırladaq ki, sözügedən filmin birinci hissəsində baş rolları Mehmet Günsür və Belçim Bilgin canlandırmışdı.
Filmin ikinci hissəsinin çəkilişləri bitsə də, dəqiq premyera tarixi bəlli deyil.



Son xəbərlər
Son Xəbərlər