Nyu-Yorkda terroru Uber sürücüsü törədib - 8 ölü,12 yaralı

nyu-yorkda-terroru-uber-surucusu-toredib
Oxunma sayı: 1183

Nyu-Yorkda baş verən terrorda 8 nəfər ölüb, 12 yaralı var. 

“Qafqazinfo” xəbər verir ki, üzərindən çıxan qeyddə İŞİD-çi olduğu yazılan şəxsin 29 yaşlı Özbkistan vətəndaşı Sayfullo Saipov olduğu müəyyənləşib. Green-card qazandıqdan sonra o, 2010-cu ildən bəri ABŞ-da yaşaıb. 

Qeyd edək ki, terrorçu yük maşınını velosipedçilərin, daha sonra məktəb avtobusunun üzərinə sürüb. Nəticədə 8 nəfər ölüb, ondan çox yaralı var. 

Hücum edən şəxsi avtomobilindən peyntbol tapançası ilə sükandan düşən zaman yaxalaya biliblər. O, yaralı halda xəstəxanaya yerləşdirilib.  

Saipovun Uberdə sürücü işlədiyi müəyyənləşib.