Ölən modelyerin 195 milyonluq sərvəti pişiyinə qalacaq

olen-modelyerin-195-milyonluq-serveti-pisiyine-qalacaq
Oxunma sayı: 2025

İki gün bundan əvvəl dünyasını dəyişən dünyaca məşhur modelyer Karl Laqerfeldin varisi pişiyi ola bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” fransız nəşri yazıb. 

Bildirilib ki, dizayner 2015-ci ildə bütün sərvətinin Şupett adlı pişiyinə qalacağı barədə açıqlama verib. Qərb mediası o fikirdədir ki, dizaynerin 195 milyon dollardan çox olan sərvəti pişiyin hesabına köçürüləcək. 

Bu məqamda bildirək ki, Şupett sosial mediada olduqca məşhurdur. Onun instaqramda 159 min, tvitterdə isə 50 min izləyicisi var.

Bundan əlavə, pişik bir çox reklam şirkətlərinin siması olub, yüksək məbləğdə gəlir əldə edib. 

Xatırladaq ki, Karl bu günədək ailə qurmayıb, övladları da yoxdur.