Onlar Azərbaycanın ən gözəl qızı olmaq istəyir - Fotolar

onlar-azerbaycanin-en-gozel-qizi-olmaq-isteyir
Oxunma sayı: 807

“Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seçim mərhələlərindən yarımfinala vəsiqə qazanmış 29 xanım və 29 bəy iştirakçı finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.

Ənənəyə sadiq qalaraq yarımfinal mərhələsində iki nominasiya təqdim olunub. 

Ötən illərdən fərqli olaraq həmin nominasiyalara layiq görülən iştirakçıları tamaşaçılar deyil, “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsinin münsiflər heyəti müəyyən edib.

17 xanım və 17 bəy isə finalçı adını qazanaraq ölkənin bir nömrəli bəy və xanımı olmaq uğrunda mübarizəyə başlayıblar.