Orxan Camalla vida mərasimi oldu

orxan-camalla-vida-merasimi-oldu
Oxunma sayı: 3364

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən jurnalist Orxan Camalla bu gün paytaxt Moskva məscidində vida mərasimi keçirilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onunla vidalaşmağa dostları, həmkarları, ailəsi gəlib. 

Orxan Camal Moskvadakı Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn ediləcək. 

Xatırladaq ki, jurnalist iki həmkarı ilə birgə iyulun 30-da sənədli film çəkilişi üçün getdikləri MAR-da qətlə yetirilib.