Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolanla onun yeni çəkilmiş “Odissey” filmini müzakirə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.
Videozənglə baş tutan söhbət zamanı Baş nazir britaniyalı rejissora Homerin poemasını ekranlaşdırdığına və dünyada Qədim Yunanıstana maraq oyadılmasına verdiyi töhvəyə görə təşəkkür edib. Mitsotakis həmçinin çəkilişlərin böyük hissəsinin Yunanıstanda aparılmasına görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Homerin eyniadlı poeması əsasında ekranlaşdırılmış “Odissey” filmi Troya müharibəsinin başa çatmasından sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına evə qayıtmağa çalışan İtaka çarı Odisseyin macəralarından bəhs edir. Filmdə baş rolu Mett Deymon ifa edib. Ekran əsərində həmçinin Tom Holland, Enn Hetuey, Robert Pattinson, Zendeya, Şarliz Teron kimi Hollivud ulduzları yer alıb. Film dünya prokatının ilk həftəsonunda 264,1 milyon dollar (təxminən 449 milyon AZN) toplayıb.
Son xəbərlər
Son Xəbərlər