Dini inancları təhqir edən Üzeyir Abas həbs edildi - Yenilənib

dini-inanclari-tehqir-eden-uzeyir-abas-hebs-edildi
Oxunma sayı: 7577

Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.

Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. O, özünü yazıçı-publisist kimi təqdim edib.

***

Əldə etdiyimiz məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Üzeyir Abas inzibati qaydada həbs edilib.