Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - Foto

pambiq-tarlasina-gedirdi-sukan-arxasinda-oldu
Oxunma sayı: 1002

Biləsuvarda fermer pambıq tarlasına gedərkən ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 66 yaşlı Əlizadə Əliyevin sükan arxasında olduğu nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kollektora aşıb. Maşında ölü tapılan Ə.Əliyevin xəstəlikdən öldüyü ehtimal olunur. 

Qeyd edək ki, rayonda pambıq tədarükü və emalı müəssisələrindən birinin sahə aqronomu olan fermer Ə.Əliyev özünə məxsuz olan əkin sahəsinə baxmaq üçün gedirmiş. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov