Partiya tədbirlər planını təsdiqlədi

partiya-tedbirler-planini-tesdiqledi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, toplantıda Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 22-ci il dönümü ilə əlaqədar tədbirlər planı təsdiq edilib. İyulun 16-da saat 12.00-da Fəxri Xiyabanda Elçi Bəyin məzarını yürüşlə ziyarət etmək haqda qərar qəbul edilib. Toplantıda partiyanın inkişaf proqramının müzakirəsi davam etdirilib.

Həmçinin KXCP sədr aparatı Cəlilabadda Təzəxan Mirələmliyə qarşı hakimiyyət nümayəndələrinin törətdiyi qanunsuzluqlara etirazını bildirib və qanunların tələblərinin yerinə yetirilməsini və hakimiyyətdən öz qanunsuz əməllərinə son qoymağı tələb edib.


Fatimə Kərimli