Partlayış bu evdə olub - Fotolar + Yenilənib

Partlayış bu evdə olub
Oxunma sayı: 5364

Xəbər verdiyimiz kimi, Yasamal rayonunda birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. 

"Qafqazinfo"nun əməkdaşları hazırda hadisə yerindədir. İlkin məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olub. 

Qonşular bildirib ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov "Hacı" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb".

Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub:

"Dünən səhər qonşuluqdakı mənzili sökəndə qazı kəsdilər. Bir də axşam verdilər, gecə yenə kəsdilər. Növbəti dəfə veriləndə bu evə qaz dolub, səhərə yaxın Aygün durub işığı yandıranda partlayıb".

Qeyd edək ki, partlayışın güclü təsiri nəticəsində qonaq otağı ilə yataq otağının arasındakı divar tamamilə uçaraq aşıb.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal

 















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi