Paşinyan Putinlə görüşdü - Hərbi-texniki əməkdaşlıqdan danışdı

pasinyan-putinle-gorusdu
Oxunma sayı: 2852

Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə ikitərəfli münasibətlərdə daxili işlərə qarışılmaması barədə fikirlər səsləndirilib.

Qeyd edilib ki, qarşılıqlı əlaqələr hörmət prinsipinə əsaslanmalı və ölkələrin maraqlarına uyğun olmalıdır.

Paşinyan hərbi-texniki sahədə əməkdaşlığa böyük potensialın olduğunu bildirərək Rusiyadan yeni texnikaların alına biləcəyinə işarə vurub.