Poqba qələbəni tailandlı uşaqlara həsr etdi - Foto

poqba-qelebeni-tailandli-usaqlara-hesr-etdi
Oxunma sayı: 1565

Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba Belçika üzərində qələbəni Tailandda mağarada qalan futbolçu uşaqlara həsr etdikləri barədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, “İnstagram” hesabından həmin uşaqların fotolarını paylaşaraq bu sözləri yazıb:

“Bu qələbə günün qəhrəmanları - uşaqlara həsr edilib. Onlara deyirəm ki, çox güclü olun”.

Qeyd edək ki, iyunun 23-də yaşları 11-16 arası olan 12 uşaq futbol məşqindən sonra məşqçiləri ilə birgə dağa çıxaraq mağaraya baş çəkiblər. Lakin sel suları gözlənilmədən mağaraya girişi bağlayıb və uşaqlar oradan çıxa bilməyiblər. Onların yerini ancaq 10 gün sonra aşkar etmək mümkün olub. 1 həftəlik tədbirlərdən sonra dünən uşaqları xilas etmək mümkün olub.