Prezidentdən təbrik məktubu

prezidentden-tebrik-mektubu
Oxunma sayı: 640

“Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir. Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu baxımdan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı sivilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə yönəlmiş əməkdaşlığımızın hazırkı səviyyəsi məmnunluq doğurur. Sizə möhkəm cansağlığı, uzun ömür, ümumbəşəri dəyərlərin təntənəsi və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm”