Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər yoxlanacaq

prezidentin-ehtiyat-fondundan-ayrilan-vesaitler-yoxlanacaq-
Oxunma sayı: 2482


Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu ilə bağlı Audit proqramlarının aparılacağı bildirilib. 


Həmçinin qeyd olunub ki, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-nə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi və Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsi üzrə Audit proqramları təsdiq edilib.

Nigar Məmmədli