Puçdemon beynəlxalq axtarışa verildi

pucdemon-beynelxalq-axtarisa-verildi
Oxunma sayı: 1045

İspaniya Ali Məhkəməsi Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon haqqında İnterpol yolu ilə axtarışa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Puçdemonun video konfrans yolu ilə ifadə vermək tələbini rədd edib.

Qeyd edək ki, Kataloniyada hökumətin və müstəqillik qətnaməsinin ləğv edilməsindən sonra Karles Puçdemon Belçikaya qaçmışdı.

O, Belçika kanallarının birində deyib ki, 21 dekabrda Kataloniyada yeni rəhbərin seçilməsi üçün keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyə hazırdır.