Putin futbolçuları təbrik etdi

putin-futbolculari-tebrik-etdi
Oxunma sayı: 1403

Rusiya dövlət başçısı Vladimir Putin dünya çempionatının qrup mərhələsində iki qələbə qazanmış ölkənin yığma komandasını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün hökümət üzvləri ilə görüşdə bu barədə açıqlama verib.

Putin komandaya uğurlar arzu edib: “Futbolçularımızı təbrik edirəm. Gələcək oyunlarda onlara zəfərlər arzulayıram”.

Qeyd edək ki, Rusiya milli komandası DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistana 5:0, Misirə 3:1 hesabı ilə qalib gəlib.