Argentinada yaşlı kişi metroda mobil telefonla qadınların ətəyinin altını çəkərkən ələ keçib.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, bunu görən qadınlar qocaya sərt reaksiya göstərərək polis çağırıblar. Şəkilləri sildiyini deyən kişi telefonu göstərməkdən imtina edib. Hadisə yerinə gələn polisi görən qoca metrodan düşmək istəməyərək “Enmək istəmirəm, mənə atəş edin” deyib.
O, daha sonra isə özünü xəstəliyə vuraraq infarkt keçirirmiş kimi əlini sinəsinə tutub.
Son xəbərlər
Son Xəbərlər