Qatarın vurub öldürdüyü şəxsin kimliyi məlum oldu - Yenilənib

qatarin-vurub-oldurduyu-sexsin-kimliyi-melum-oldu
Oxunma sayı: 2569

Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəranda sahil parkında qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.
 
Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.  

***

Lənkəranda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, o, Lənkəran şəhər sakini, 1995-ci il təvəllüdlü Tural Rıza oğlu Hüseynlidir. Məlumata görə, T.Hüseynli dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib.
 
Fakt araşdırılır.