Qazaxıstanın Almatı şəhərində Azərbaycan vətəndaşının mənzili qarət edilib. “Qafqazinfo”nun “Nur.kz” saytına istinadən xəbərinə görə, Medeuskiy rayon polis idarəsi əməkdaşlarının apardıqları əməliyyat çərçivəsində meqapolis ərazisində bir neçə mənzildən oğurluq etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü şəxs saxlanılıb.
Məlumata görə, bundan öncə də məhkum həyatı yaşayan şübhəli azərbaycanlının mənzilinə daxil olaraq, oradan pul vəsaitləri, qızıl məmulatları və bahalı videotexnikanı oğurlayıb.
Polis onun təkbaşına işlədiyini və soyğunçuluq əməllərini əsasən elit mikrorayonlarda həyata keçirdiyini müəyyən edib. Bu günə kimi onun səkkiz analoji cinayət törətdiyi məlum olub.
Faktla bağlı istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər