Qəbiristanlıqdan güldan oğurlayıb tutuldular

qebiristanliqdan-guldan-ogurlayib-tutuldular
Oxunma sayı: 910

Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Qafqazinfo” verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.