Qənirə Paşayeva İstanbulda Dünya Siyasət Forumunda çıxış edəcək

qenire-pasayeva-istanbulda-dunya-siyaset-forumunda-cixis-edecek
Oxunma sayı: 640

Qənirə Paşayeva “Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı” mövzusundakı paneldə əsas çıxışçılardan olacaq.

“Qafqazinfo”nun məlumatına görə, Forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə olunacaq.

Toplantıda sosial medianın dünyanı idarə eləyən yeni qüvvə kimi meydana çıxması, ekoloji tarazlıq, dinin birləşdirici ünsür kimi çıxış etmək imkanları, təhsil problemləri, bəşəriyyətin humanizm hissinin və aclığa baxışının Somali nümunəsi, qadının siyasətdə rolu, ailə modelinin qorunması üçün mədəniyyət ittifaqlarının qurulması yolları kimi mövzularda da panellər keçirilməsi nəzərdə tutulub.