Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcəklər

hecc-vizasi-olmadan-ziyarete-gedenler-cerimelenecekler
Oxunma sayı: 1358

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxsləri cərimələyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilib ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.

Qaydaları pozanlar təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Həmçinin həmin şəxslər deportasiya olunacaq. Qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.