“Qoyun əti yeməklərindən doymaq olmur” - “MTV Rossiya”nın baş direktoru

“Qoyun əti yeməklərindən doymaq olmur”
Oxunma sayı: 4633

Bakıda keçirilən “Jara 2019” Beynəlxalq Musiqi Festivalına qatılan rusiyalı aparıcı, “MTV Rossiya” telekanalının baş direktoru Yana Çurikova “Qafqazinfo”nun suallarını cavablandırıb.

Həmin müsahibəni sizə təqdim edirik:

- Bakıya xoş gəlmisiniz. Bu, sizin paytaxtımıza neçənci gəlişinizdir? Zəhmət olmasa, təəssüratlarınızla bölüşərdiniz.

- Düzünü desəm, sayını itirmişəm. Təkcə “Jara”ya artıq dördüncü dəfədir gəlirəm. Bundan əlavə, bir neçə dəfə də işimlə əlaqədar ezamiyyətə gəlmişdim. Bakıda dostlarım yaşayır. Elə bu gün bir problemlə üzləşdim. Sırğalarımı unutmuşdum. Xanım dostlarıma kömək üçün müraciət etdim. Onlar mənə öz sırğalarını verdi. Bir sözlə, Bakıdakı dostlarım son anda köməyimə çatdılar.

- Azərbaycanlılar haqda nə bilirsiniz?

- Onlar çox qonaqpərvər, dostluq etməyi bacaran insanlardı. Ona görə də buraya gəlmək mənə çox xoşdur.

Yana Çurikova və müğənni Valeriya

- Bakıya tez-tez gələnlərdənsiniz. Maraqlıdır, paytaxtımız sizin gözünüzdə ildən-ilə necə dəyişir?

- Burada bir məqam xüsusi ilə diqqətimi çəkdi. Bakı özündə qədim və müasir memarlıq ənənələrini vəhdətini cəmləyən şəhərdi. Mən hətta İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat katibi Rahib Azəri ilə də tanışam. Ona görə də bilirəm ki, siz qədim şəhərinizə, eləcə də adət-ənənələrinizə xüsusi önəm verirsiniz. Mən Bakını heç bir şəhərlə müqayisə belə edə bilmirəm.

- Ləziz təamlarımızı dadmamış olmarsınız...

Azərbaycan yeməkləri – hər şeydir. Buraya gələndə pəhrizi unudursan. Kilo alandan sonra libaslar əynimizə gəlmədiyinə görə bu gün kostyum geyinmişəm (gülür-red.). Qoyun ətindən hazırladığınız yeməklərin dadından isə doymaq mümkün deyil.

Müğənni Çingiz Mustafayev və Yana Çurikova

- Azərbaycanlı məşhurlardan kimi tanıyırsınız?

- Çingiz Mustafayevi. Elə bu yaxınlarda ondan müsahibə aldım. O, məni “Eurovision”dakı çıxışı ilə valeh etmişdi. Düşünürəm ki, Çingizin ifa etdiyi mahnı Azərbaycanın “Eurovision” tarixində ən yaxşı mahnısıdır. Ölkənizin ilk üçlüyə düşməməsinə çox pis oldum. Builki “Eurovision”da ən çox iki təmsilçini – Çingiz Mustafayev və Sergey Lazarevi bəyənirdim. Rusiya Azərbaycana 12 xal verdi, çünki ölkələrimiz arasında həm sıx mədəni əlaqələr var, həm də performansınız və Çingiz çox gözəl idi. Çingizi görən kimi, dedim ki, səndən müsahibə almaq istəyirəm. Onu çox bəyənirəm.

Hüseyn Məmmədsalahov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi