Qüdsdə etirazlar davam edir - 227 yaralı

qudsde-etirazlar-davam-edir
Oxunma sayı: 1504

Şənbə günü aksiyalar zamanı fələstinlilərlə İsrail polis arasında toqquşmalar baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara cəmiyyəti məlumat yayıb.

Məlumata əsasən, aksiyalar Səlahəddin küçəsində baş tutub. Toqquşmalar zamanı 227 nəfər xəsarət alıb.

Aksiyaların davam etdiyi deyilir.