“Ramil Şeydayev Azərbaycan millisini seçdiyinə peşman deyil”

ramil-seydayev-azerbaycan-millisini-secdiyine-pesman-deyil
Oxunma sayı: 641

“Ramil Şeydayev Azərbaycan milli komandasını seçməklə razıdı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Danimarkanın "Orxus" klubunun futbolçusu Camaldin Xocaniyazov bildirib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə “Zenit”də və Rusiya yığmasında komanda yoldaşı, Avropa çempionatının qalibi (U-17, 2013) olmuş müdafiəçi Türkmənistanda anadan olub. Ancaq o, hələ də Rusiya yığmasına dəvət olunacağını gözləyir. Ramil isə Rusiyada anadan olsa və bu ölkənin müxtəliş yaş qruplarından ibarət yığmalarda çıxış etsə də, sonda tarixi vətənini seməyi daha üstün tutub.

Camaldin keçmiş komanda yoldaıına görə sevinir: “O, Azərbaycan yığmasında praktiki olaraq hər matçda start heyətində çıxır. Yüksək səviyyədə oynayır və seçimindən təəssüflənmir, peşman deyil. Mən bu haqda hem düşünməmişəm. Məhz Rusiya yəğmasımda oynamaq istəyirsən. Hərçənd, təklif gəlmişdi”.