Rəng dəyişdirən Tac-Mahal üçün çarə axtarılır

reng-deyisdiren-tac-mahal-ucun-care-axtarilir
Oxunma sayı: 2366

Hindistanın Konstitusiya Məhkəməsi ölkənin önəmli simvollarından olan Tac-Mahalın kirli qalmasından rəng dəyişdirdiyini bildirərək, hökumətə beynəlxalq dəstək istəməyi təlimat verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin sözçüsü hökumətə ünvanladığı nitqində “Əlinizdə imkanlar olsa da, bundan istifadə etmirsiniz. Bəlkə də heç vecinizə deyil” söyləyərək sərt çıxış edib. XVII əsrdə ağ mərmər daşlarla inşa edilən Tac-Mahal kirlilik səbəbindən əvvəlcə saralıb, hazırda isə ayrı-ayrı hissələri yaşıl, açıq-qəhvəyi rənglərə çevrilib.

Abidənin rəng dəyişməsinin səbəb isə çirkli hava ilə yanaşı, ətrafda tikilən binalardan yayılan toz, həşəratların ifraz etdiyi tullantılardır. Hindistan hökuməti bir qədər əvvəl Tac-Mahal yaxınlığındakı bütün fabrik və zavodların bağlanması və ya başqa bölgələrə köçürülməsi ilə bağlı təlimat vermişdi. Ancaq tarixi abidənin qorunması üçün hökumətdən daha ciddi tədbirlər görülməsi tələb edilir. 


Qeyd edək ki, Tac Mahal 1643-cü ildə Babur imperatoru Şah Cahanın 14-cü övladını dünyaya gətirəkən vəfat etmiş 38 yaşlı xanımı Mümtaz Mahalın adına tikdirdiyi məzar-abidədir. 
 

Nuranə