Rüfət İsmayıl məşhur jurnalın siması oldu

rufet-ismayil-meshur-jurnalin-simasi-oldu
Oxunma sayı: 3950

Azərbaycanlı dizayner Rüfət İsmayıl beynəlxalq  “Men’s Health” kişi jurnalının siması olub. “Qafqazinfo” xəbər verir ki, o, dərginin Türkiyə versiyasının fevral buraxılışının üz qapıbığında yer alıb. 

Rüfət bununla da, beynəlxalq nəşrin siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. Həmçinin  jurnal R. İsmayılı xəyallarının arxasından qaçmaqdan əsla imtina etməyən biri kimi təqdim edib. 

Xatırladaq ki, dərginin bundan əvvəl Buzark Özçivit, Murad Boz, Kıvanç Tatlıtuğ, Can Yaman kimi məşhur simaları olub.