İran müharibəsinə 50 milyardadək pul xərcləyiblər

iran-muharibesine-50-milyardadek-pul-xercleyibler
Oxunma sayı: 149

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibənin Vaşinqtona dəyən maliyyə xərcinin 48,3 milyard dollara çatdığını açıqlayıb. Bildirilib ki, bu məbləğə İranın qonşu ölkələrdəki ABŞ hərbi obyektlərinə vurduğu zərərin təmir xərcləri daxil deyil.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən Pentaqonun maliyyə nəzarətçisinin müavini Artur Miller 13 noyabr tarixinə olan məlumata əsasən, bu məbləğin sursat, avadanlıqların yenilənməsi və birbaşa hərbi əməliyyat xərclərini əhatə etdiyini bildirib.

O, Yaxın Şərqdə zərər görmüş ABŞ bazalarının bərpası ilə bağlı hələlik dəqiq rəqəmin olmadığını qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Büdcə İdarəsi avqustun 1-nə olan hesabatında müharibənin xərcinin 38 milyard dollar təşkil etdiyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı tələsik qərar verməyəcəyini və mümkün yeni addımların Yeni ildən sonra atıla biləcəyini bəyan edib.