Rus diplomatlar İngiltərəni tərk etdi - Fotolar

rus-diplomatlar-ingiltereni-terk-etdi
Oxunma sayı: 1969

Bu gün Rusiya diplomatları İngiltərədəki Skripal hadisəsinə görə Rusiyanın Londondakı səfirliyindən 3 avtobusla ayrılıblar.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, konsulluq işçiləri və ailələri deportasiya edilən diplomatları yola salıblar. 

Yaxın zamanda da İngiltərə diplomatlarının Rusiyanı tərk etməsi gözlənilir. 

Qeyd edək ki, martın 14-də Tereza Mey açıqlamasında Skripal hadisəsinə görə Rusiyanı günahlandıraraq, 23 rus diplomatının Britaniyadan çıxarılacağını bildirmişdi.

Ülviyyə