Rusiyada ağır qəza - 9 ölü, 5 yaralı

rusiyada-agir-qeza
Oxunma sayı: 1428

Rusiyanın Kalininqrad vilayətində baş verən ağır yol qəzası nəticəsində ölən və yaralananlar var.

“Qafqazinfo”  “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə Kalininqrad-Qusev yolunda qeydə alınıb.

Məlumata əsasən mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.  

Daha əvvəl 7 nəfərin öldüyü, daha 7 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Polis faktla bağlı araşdırmaya başlayıb. İlkin ehtimala əsasən qəzaya  “Mercedes”in sürücüsünün idarəetməni itirməsi və qarşı zolağa çıxması səbəb olub.