Rusiyada bomba həyəcanı - 200-dən çox insan təxliyə olundu

rusiyada-bomba-heyecani
Oxunma sayı: 819

Rusiya hüquq-mühafizə orqanlarına Moskvanın mərkəzində inzibati binalardan birində partlayıcı maddənin yerləşdirildiyinə dair anonim zəng daxil olub.

“Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi məlumata görə, bundan sonra həmin ərazidə 200-dən çox insan təxliyə olunub.

Qeyd olunur ki, ərazidə Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin binası yerləşir.